Suriyada Rusiya tanklarının varlığı üzə çıxdı

18-03-2016, 20:38           
Suriyada Rusiya tanklarının varlığı üzə çıxdı
Suriyadan qayıdan rus hərbçilərin mükafatlandırılması zamanı məlum olub ki, Suriyada 4 yox, 5 hərbçi həlak olub, bundan əlavə əməliyyatda tanklar da iştirak edib.

Avropa.info xəbər verir ki, Vladimir Putin mükafatlandırma mərasimində Qərb Hərbi Dairəsinin 1-ci tank ordusunun komandirinin birinci müavinini də təltif edib. Təltif etmə özü ilə bir sıra suallar gətirib.

“Kommersant” qəzetinin jurnalisti Andrey Kolosnikov yazır ki, tank ordusu komandiri general-mayor Yuri Yarovitski “Müqəddəs Georgi” ordeninin IV səviyyəsi ilə mükafatlandırılıb.

Qeyd edək ki, Rusiyanın Suriyada tanklarının olması barədə ictimaiyyətə məlumat verilməmişdi. Jurnalist araşdırması zamanı məlum olub ki, Rusiyanın Suriyada tankları olub, amma az sayda. Ən azı 5 ədəd.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.