Hollandiyadan gözlənilməz qərar - Səudiyyə Ərəbistanına qarşı qadağa
19-03-2016, 13:38
Hollandiya parlamenti Səudiyyə Ərəbistanına silah satışının qadağan olunması ilə bağlı qərar qəbul edib.
Avropa.info xəbər verir ki, Niderland krallığının parlamentində qəbul olunan qərara əsasən bu ölkənin Səudiyyə Ərəbistanına silah satışı qadağan olunub.
Ekspertlərin fikrincə qadağanın səbəbi 34 islam ölkəsinin bir yerdə qurduğu “İslam ordusuna” rəhbərlik edən Səudiyyə Ərəbistanına təzyiq göstərməkdir.
Səudiyyə Ərəbistanı tərəfindən insan hüquqlarının pozulduğunu irəli sürən parlament bu ölkəni Yəməndə dinc əhalini qətlə yetirməkdə ittiham edərək bu məsələləri də qərar üçün səbəb kimi göstərib.
Qəbul olunmuş qanunun Səudiyyə Ərəbistanına böyük miqdarda silah satan İngiltərə və Fransaya da təzyiq xarakteri daşıyacağı bildirilir.
Bir çoxları isə Hollandıya parlamentinin belə bir qərar qəbul etməsini Qərbin yeni qurulan “İslam ordusu”ndan çəkinməsi kimi dəyərləndirir.