«FlyDubai» qəzada ölənlərin ailələrinə nə qədərtəzminat ödəyəcəyini açıqladı
20-03-2016, 14:54
«FlyDubai» aviaşirkəti Rostovda qəzaya uğrayan təyyarədə həyatını itirən sərnişinlərin ailələrinə ayrı-ayrılıqda 20 min dollar təzminat ödəyəcək.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, martın 19-na keçən gecə Dubaydan Rostova uçan və eniş zamanı qəzaya uğrayan «Boeing 737-800» təyyarəsi bu şirkətə məxsus olub. Bu, «FlyDubai»ın tarixində ilk qəza halıdır.
Xatırladaq ki, təyyarədə olan 55 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub. Ölən sərnişinlərdən 44-ü Rusiya, 8-i Ukrayna, 2 Hindistan, 1-i Özbəkistan vətəndaşıdır.
Ekipaj üzvlərinin isə 2-si İspaniyadan, 1-i Rusiyadan, 1-i Kiprdən, 1-i Kolumbiyadan, 1-i Qırğızıstandan, 1-i də Seyşel adalarındandır.