Depozit faizləri daha da arta bilər? VİDEO

18-06-2025, 12:44           
Depozit faizləri daha da arta bilər? VİDEO
Son iki ildə bankların təklif etdikləri depozit faizləri ciddi şəkildə artıb. Depozit müddətindən asılı olaraq əmanət edilən vəsaitdən illik 12%-ə qədər gəlir əldə etmək olar.

Oxu.Az Xəzər TV-yə istinadən xəbər verir ki, iqtisadçı ekspert Rəşad Həsənov bildirib ki, bu gün bankların təklif etdiyi yerli valyutada depozit faizlərinin artması ilə yanaşı xarici valyuta ilə olan əmanət faizlərində də artım var.

Requlyator qurum tərəfindən ehtiyat normaların artırılması ilə bağlı qərarların qəbul edilməsi də yeni depozitlərin cəlb edilməsinə zərurət yaradıb.

Rəşad Həsənovun sözlərinə görə, depozit faizlərinin artmasına paralel olaraq kredit faizlərində də artımlar müşahidə edilib və bu bazar böyüyüb.

R.Həsənov bildirib ki, ehtimallar ondan ibarətdir ki, depozitlər və kreditlərin faiz dərəcələrində müşahidə edilməkdə olan artım tendensiyası nisbətən sabitləşəcək. Orta-uzun müddətli dövrdə faizlər yenidən aşağı düşə bilər.

Ətraflı süjetdə:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru