İrəvanda bəzi dükanlara İranlıları buraxmırlar - Onları oğurluqda ittiham edirlər

26-03-2016, 01:47           
İrəvanda bəzi dükanlara İranlıları buraxmırlar - Onları oğurluqda ittiham edirlər
teref.az erməni mənbələrinə istinadən yazır:
İrəvanın bəzi dükanlarına İranlıları buraxmırlar. Bu gün şəhərdə Kaskadın yanındakı dükanlardan birinin yaxınlığında məyus edici bir hadisə ilə qarşılaşdım. Oyuncaq dekanına İranlı ailə girmək istədikdə onları dükanın mühafizəçisi qadağan etdi. İranlı ailə olduqca nəzakətli, səliqəli geyinmiş və hiss olunurdu ki, bu ailə avropa stilinə uyğun olan ailədir. İlk öncə İranlı ailə təcüblə ətrafa baxırdı və inilis dilində sual veridi ki, nə olub ki, onları dükana buraxmaq istəmirlər. Mühvizəçi isə öz fikirində israrlı olaraq İranlı ailəyə ingiliscə «no enter»- deyərək onları uzaqlaşdırmağa çalışırdı. Mən dükanın işçisindən soruşdum ki. Nə üçün buraxmırsınız bu ailəni dükana o mənə dedi ki, Farslar oğrudular dükana girəndə oğurluq edirlər. Mən isə soruşdum ki, siz hardan bildiniz ki, bu İranlı ailə oğrudular axır onların geyimi keçimi bu sözləri deməyə imkan vermir. Dükançı isə mənə utanmadan dedi ki, bütün Farslar oğrudur onların yaxşısı olmur. Mən cəhd etdim iranlılarla danışam. Öncədən mənim üçün aydın idi ki, bu İranlı ailə çox ali cənab və nəzakətlidilər. Onlar birinci dəfə idilər İrəvanda. Çox ölkələrdə olublar. Həm söbətim həkim idi və uzun illər bizneslə məşğul olub. İlk olaraq çalışdım fikirlərini netrallaşdırım və dedim ki, bu dükan İrəvanın ən pis dükanıdır və İrəvanlılarda bura girmirlər çox pis xidmət olduğu üçün. İranlı kişi dedi biz artıq ikinci gündür İrəvandayıq şəhərin mərkəzində oteldə qalırıq və bu artıq üçüncü dekandır ki, bizə qarşı belə hörmətsizlik edir.
Dükanlardan birində isə xanımımın çantasını utanmadan yoxlamağa başladılar. Əlbətdə heç nə tapmadılar hətta üzür istəmək belə istəmədilər. Cəhd etdim bizim min illik tariximizdən Tiqran böyükdən, Nareqatsidən və dolmamızdan, kababımızdan danışım. Lakin fikirləşdim ki, Debil bir vəziyyətə düşə bilərəm. Bir sözlə çalışdım gülümsəyim və əllərini bərk sıxım. Ölkəmizdə xoş günlər keçirtməyi arzuladım onlara və utancaq vəziyyətədə uzaqlaşdım. Bilmirəm bizim sonumuz necə olacaq, bizim bu qədər özünə razılığımız və axmaqlığımız bizi hara qədər aparacaq. Lakin istəyirəm ki, hər dəfə qarşındakına mənfi ad qoşanda, öncə xatırlayaq ki, Avropalardakı dükanlardan mikser, fen və tuman oğrayan əmi və dayılarımızı yada salaq. Yaşasın erməni qonaqpərvərliyi, dostlarım mənim.
Grigor A. Atomyan •
Yerevan State University
asekose.am
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.