Poroşenko Rusiyaya görə onu general etdi

26-03-2016, 12:01           
Poroşenko Rusiyaya görə onu general etdi
Brüssel partlayışında Rusiyanı ittiham edən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Qritsakın hərbi rütbəsi artırılıb.

Axar.az xəbər verir ki, Ukrayna Prezidenti Pyotr Poroşenko ötən gün imzaladığı fərmanla Vasili Qritsaka ordu generalı ali hərbi rütbəsi verib.

Qeyd edək ki, bundan öncə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) rəhbəri Vasili Qritsak Brüssel teraktında Moskvanın əli ola biləcəyini demişdi. Rusiyanın Baş naziri Dmitri Medvedyev isə Feysbukdan açıqlama yayaraq, Qritsakı axmaq adlandırmışdı.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.