NATO qırıcıları Rusiyanın müdafiə nazirini qorxutdu

28-03-2016, 22:12           
NATO qırıcıları Rusiyanın müdafiə nazirini qorxutdu
NATO qırıcıları Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə qorxulu anlar yaşadıb.

ANS PRESS-in RİA Novosti-yə istinadla verdiyi məlumata görə, hadisə Şoyqunun təyyarəsi Baltik dənizi üzərindən Kalininqrada uçarkən baş verib. Müdafiə naziri bu gün Kalininqrada işgüzar səfərə gedib. Səfər zamanı Sergey Şoyqunu Su-27 qırıcıları müşayiət edib. Onun qırıcılarından 2 km uzaqlıqda isə NATO təyyarələri uçub.

Məlumata görə, NATO-un döyüş təyyarələri nazirin qırıcılarına yaxınlaşmayıb. Şoyqunun təyyarəsi planlaşdırılmış formada eniş edə bilib.

Rusiyanın Müdafiə Nazirliyindən Şoyqunun Kalininqradda yerləşən hərbi hissələrdə döyüş hazırlığı ilə bağlı görülən işləri nəzərdən keçirəcəyi bildirilib.

Həmçinin nazir Çkalov adına hərbi aerodroma baş çəkəcək və Uşakov adına Hərbi-Dəniz İnstitutundakı təlim prosesi ilə tanış olacaq.

Kalininqrad Rusiyanın Avropadakı anklavıdır.

2014-cü ildə başlayan Ukrayna münaqişəsi səbəbindən Rusiya və NATO arasında münasibətlər gərginləşib. Rusiya Krımı referendum yolu ilə öz ərazisinə birləşdirib. Həmçinin ölkə Ukraynanın şərqini nəzarətdə saxlayır. Rusiya ABŞ-ın və NATO-nun Şərqi Avropada fəallığından narahatlığını dəfələrə açıqlayıb. Ukrayna münaqişəsi başladıqdan sonra Rusiya Avropada anklavı olan Kalininqradda və qərb dairəsində hərbi texnikanın və əsgərlərin sayını artırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.