ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin “şef”iMoskvaya niyə gəlib?
29-03-2016, 01:14
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Con Brennan Moskvaya Suriya məsələsinə görə gəlib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ABŞ-ın Rusiyadakı səfirliyinin mətbuat katibi Uilyam Stivens bildirib.
Məlumata görə, C.Brennan Rusiyanın rəsmi şəxsləri ilə görüşdə Kremlin Bəşər Əsəd rejimi ilə birgə Suriyada atəşkəsə dair vədini pozmamalı olduğunu bir daha diqqətə çatdırıb: «Brenan həmçinin ABŞ-ın suriyada keçid prosesinə tam dəstək verdiyini vurğulayıb. Onun fikrincə, bu proses Suriya xalqının iradəsini əks etdirəcək».
Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Brennanın onlarla görüşmədiyini, Rusiya Federal Təhlükəsizlik Xidmətində və daha bir qurumda olduğunu bildirib.