ABŞ dövlət katibi Ukraynaya gəldi

19-01-2022, 13:54           
ABŞ dövlət katibi Ukraynaya gəldi
ABŞ dövlət katibi Entoni Blinken planlaşdırılan səfər çərçivəsində Ukraynaya gəlib. Bu barədə “Agence France-Presse” xəbər verir.

Agentliyin məlumatına görə, çərşənbə günü səhər göyərtəsində ABŞ dövlət katibinin olduğu təyyarə Kiyevə enib.

Ukraynaya səfəri zamanı Blinkenin Ukrayna prezidenti Vladimir Zelenski və xarici işlər naziri Dmitri Kuleba ilə görüşü planlaşdırılır.

Dövlət Departamentinin açıqlamasına görə, Amerika diplomatiyasının rəhbəri ABŞ-ın Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyini bir daha təsdiq edəcək.(virtualaz.org)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru