GÜRCÜSTAN AMERİKADAN TANK ƏLEYHİNƏ RAKETLƏR İSTƏYİR… - Satınalma paketinə 26,2 milyon dollarlıq silahlar daxil edilib
20-01-2022, 00:03
Gürcüstan Amerikadan “Javelin” tank əleyhinə raketlərin yeni partiyasını almaq niyyətindədir.
Qafqaz.media Gürcüstan KİV-lərinə istinadən xəbər verir ki, bu, Müdafiə Nazirliyinin Satınalmalar Agentliyinə göndərdiyi müraciətdən məlum olub.
Sənədə əsasən, satınalma paketinə 26,2 milyon dollar dəyərində silahlar, o cümlədən FGM-148E konteynerli “Javelin” raketləri - 82 ədəd, raketləri işə salan qurğular - 46 ədəd, tank əleyhinə inert raketlər - 46 ədəd, müvafiq avadanlıq və xidmətlər daxildir.