Kommunistlər “LXR” və “DXR”in tanınması təklifi ilə Putinə müraciət etdilər

20-01-2022, 00:06           
Kommunistlər “LXR” və “DXR”in tanınması təklifi ilə Putinə müraciət etdilər
Kommunistlər “LXR” və “DXR”in tanınması haqqında qətnamə layihəsi təqdim ediblər.

KONKRET.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Gennadi Züqanovun başçılıq etdiyi kommunistlər Dövlət Dumasına qondarma “LXR” (Luqansk) və “DXR”in (Donetsk) tanınması haqqında qətnamə layihəsi təqdim ediblər.

Deputatlar bu təkliflə Rusiya prezidenti Vladimir Putinə müraciət edirlər.

Xatırladaq ki, Luqansk və Donetsk Ukrayna ərazisidir. Donbas müharibəsi zamanı 2014-cü il aprelin 28-də Ukraynada müstəqil, suveren respublika kimi qurulmuş qondarma dövlətdir.

Mayın 11-də müstəqillik referendumu keçirərək, mayın 12-də rəsmi olaraq müstəqilliyini elan edib. Təsisçilər 24 May 2014-cü il tarixdə Donetsk Xalq Respublikası ilə bir konfederasiya imzalayıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru