Saakaşvilinin müalicəsi nə yerdədir? - Lomcariya

20-01-2022, 08:26           
Saakaşvilinin müalicəsi nə yerdədir? - Lomcariya
Mixail Saakaşvilinin müalicəsində heç bir ciddi dəyişiklik yoxdur, tövsiyələrimizə əməl edilmir.

KONKRET.az xəbər verir ki, bu barədə xalq müdafiəçisi Nino Lomcariyanın yaratdığı Həkimlər şurasının yekun hesabatında qeyd olunub.

Məlumatda bildirilir ki, Həkimlər şurası Saakaşvili ilə 3 dəfə, noyabrın 23-ü, dekabrın 12-si və yanvarın 11-də görüşüblər.

Onların fikrincə, sabiq prezidentin səhhətində heç bir ciddi dəyişiklik görülməyib :

“Müalicə metodologiyası ilə bağlı ciddi dəyişiklik edilməyib, əsasən dərman üsulu ilə müalicə davam etdirilir. Psixoloji və fiziki reabilitasiyanın zəruriliyi ilə bağlı noyabrın sonunda verdiyimiz tövsiyələr hələ də yerinə yetirilməyib. Həm müalicə metodologiyası, həm də xəstənin sağlamlıq vəziyyəti baxımından vəziyyət dəyişməyib. Hər üç ziyarətimizdə müalicə yanaşmaları baxımından ciddi dəyişikliklərin olmadığını gördüyümüz üçün yenidən ziyarət etmək fikrində deyilik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru