"Lukaşenko təklif edib ki, Belarusda nüvə gücləri yerləşdirilsin, ancaq..." - Komitə sədrinin müavini

20-01-2022, 08:27           
"Lukaşenko təklif edib ki, Belarusda nüvə gücləri yerləşdirilsin, ancaq..." -
Minsk və Moskva Belarus ərazisinə nüvə silahının qaytarılması barədə danışıq aparmır.

Bu barədə Federasiya Şurası Beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov bəyan edib.

«Lukaşenko artıq təklif edib ki, ehtiyac olarsa Belarusun ərazisində Rusiyanın nüvə gücləri yerləşdirilsin. Ancaq mənə məlum olan qədərində söhbət bundan o tərəfə çatmayıb, danışıq yoxdur» - o, ABŞ Dövlət Departamentinin bugünlərdə yaydığı bəyanatı (Belarus ərazisində nüvə silahı yerləşdirilməsi imkanları barədə) şərh edərkən deyib.

Onun sözlərinə görə, Amerika tərəfdən səsləndirilən təklif «əzələ oynatmaqdan» başqa bir şey deyil. Bu zaman Cabarov qeyd edib ki, Rusiya və Belarus - bunlar tam müstəqil dövlətlərdir ki, öz təhlükəsizliklərini təmin etmək üçün müstəqil qərar qəbul etmək hüququna malikdirlər.

«Mən, hesab edirəm ki, Dövlət Departamentinin bu bəyanatı sadəcə, söz güləşdirməkdir. Biz, öz təkliflərimizə (təhlükəsizlik qarantiyasına dair) cavab gözləyirik, qalanı ikinci dərəcəlidir» - deputat bildirib.

Xatırladırıq, bundan əvvəl ABŞ Dövlət Departamenti bəyan edib ki, Belarusun konstitusiyasına edilmiş dəyişiklik bu respublikanın ərazisində Rusiyanın nüvə silahının yerləşdirilməsinə gətirib çıxardacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru