Kim Çen In müdafiə nazirini güllələtdirdi

13-05-2015, 10:05           
Kim Çen In müdafiə nazirini güllələtdirdi
Koreya Xalq Demokratik Respublikasının (KXDR) silahlı qüvvələr naziri Xön Yön Çxol izdiham qarşısında zenit topundan güllələnərək edam olunub.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “Renxap” agentliyi məlumat yayıb.

Məlumata görə, vəzifəsindən azad olunan nazir KXDR lideri Kim Çen Inın iştirak etdiyi “hərbi paradda yuxulamaqda” ittiham olunub.

Qeyd edək ki, 2013-cü ilin dekabrında KXDR Xalq Təhlükəsizlik Nazirliyinin hərbi tribunalının hökmünə əsasən, ölkə başçısı Kim Çen Inın əmisi Çan Son Txek edam edilib. Edam edilən 67 yaşlı Çan Son Txek əvvəllər Dövlət Müdafiə Komitəsi sədrinin müavini postunda çalışıb. Çan Son Txekə qarşı dövlət çevrilişi və korrupsiya ittihamı irəli sürülüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.