Attestasiya Komissiyaları Dövlətin verdiyi Diplomu faktiki olaraq ləğv etmək səlahiyyəti deyil.
Bu gün, 17:44
Müvafiq təhsil və diplom alan şəxslərin hər hansı bir üsulla-öz işindən kənarlaşdırıması Azərbaycan Respublikası Konstitusiyasının və digər normativ hüquqi aktların pozulması hesab edirəm. Belə ki:
Azərbaycan Respublikası Qanunvericiliyinə əsasən - Dövlət hər bir vətəndaşın təhsil alması üçün müvafiq şəraitin yaradılmasına təminat verir, təhsilin hər hansı pilləsindən, səviyyəsindən və ya formasından məhrum edilməsinə yol vermir.
Son dövrlərdə Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Təhsil haqqında AR-sı Qanununda və digər normativ hüquqi akt və digər qanunvericilik aktlarında - Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə əməl edilmədən bu hallara müəyyən hüquqi zəmin də yaradılıb. Aşağıda göstərilən forma bə qaydada:
İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə müəyyən işçilər attestasiyası keçirilə bilər. Attestasiya və ya sertifikasiyadan keçməyən işçinin bu əsasla əmək müqaviləsi ləğv edilə bilər.
Əlbəttə,ilkin işə qəbul olunma zamanı işçinin müəyyən: imtahan, müsabiqə, müsahibə, test və sair yoxlamalardan keçməsinə bəlkə də haqq qazandırmaq olar.
Lakin,idarə, müəssisə, təşkilatlarda işləyən, 5-10-20-30 və sair il iş stajı və ya müvafiq diplomu olan işçini hansı hüquqla işyerindən məhrum etmək olar?
Əgər bu işçi uzun müddət işləmişsə, öz əmək funksiyasını layiqincə yerinə yetiribsə, bu barədə hər hansı bir irad almamışsa, bu işçinin müvafiq diplomu varsa, nədən uzun müddət işlədiyi iş yerini itirməlidir?
Əgər nəzərə alsaq ki, hər hansı bir: müəllim, mühəndis, həkim və digər ali təhsilli işçi və işçilər ən azı 5-7 ol dövlətin ali məktəbində təhsil almış, imtahan və imtahanlar vermiş, bu peşədə işləmək hüququ olmasını təsdiq edən Diplom almışlar.
İşlədiyi müddətdə müəllim, mühəndis,həkim və digər ali təhsilli işçilərin dövlət tərəfindən verilən Diplomu və uzun illər iş stajı nəzərə alınmadan Əmək müqaviləsinin ləğvedilməsi hesab edirəm ki , Azərbaycan Respublikası Konstitusiyasının pozulmasıdlr. Heç bir əsas, səbəb, bəhanə və sair şərtlər bu işçilərin bu vəzifədə işləməməsi və əmək müqaviləsinin ləğv edilməsi üçün haqq verə bilməz. Hətta, attestasiya və ya sertifikasiya komissiyaları belə. Bu komissiyalar hüquqi və faktikiolaraq Dövlətin verdiyi Diplomu şübhə altına allr və işçinin əmək müqaviləsini ləğv edir.
Hesab edirəm ki, Attestasiya Komissiyaları yalnız, həmin işçinin: həmin vəzifə və peşə üzrə peşəkarlığınnın aşağı və ya yuxarı olma səviyyəsini müəyyən edə bilər. Dərəcələr və ya əmək haqqının ödənilməsi sahəsində. Dövlətin verdiyi Diplomu faktiki olaraq ləğv etmək səlahiyyəti deyil.
Azer Quliyev
TEREF