Problemi yaradanlar nə qədər pul ayırmağa razılıq verəcəklər ?

Bu gün, 17:24           
Problemi yaradanlar nə qədər pul ayırmağa razılıq verəcəklər ?
COP29-un başa çatmasına az qalıb.
İndi ən gərgin məqamdır. COP29-un təşkilatçısı olaraq da bu iki gün Azərbaycan üçün, COP29 prezidenti Muxtar Babayevin komandası üçün ən həlledici məqamdır. Görülən nəhəng işlər, çəkilən əzab-əziyyət, keçirilən çoxsaylı görüşlər və tədbirlər məhz bu iki gündə öz əsas bəhrəsini verməlidir.
İndi ölkələrlə iqlim dəyişmələrilə mübarizə üçün nəzərdə tutulan yekun maliyyə sənədinin razılaşdırılması məqamıdır.
Bütün dünya da maraqla gözləyir ki, COP29-da iqlim böhranının fəsadlarının aradan qaldrılmasına nə qədər vəsait ayrılacaq ?
Artıq maliyyənin ayrılması ilə bağlı ilkin razılaşma mətninin də ortada olduğu bildirilir.
Güman etmək olar ki, razılaşmanın mətnini Muxtar Babayevin rəhbərlik etdiyi komanda hazırlayıb.
İqlim dəyişilmələri ilə mübarizə üçün təxminən 1 milyard dollar maliyyə ayırılacağı nəzərdə tutulur. Əgər belə bir maliyyə ayrılması təsdiqlənərsə bu hədsiz böyük uğur hesab olunardı.
Amma problemi yaradanların, inkişaf etmiş ölkələrin buna razılıq verəcəkləri hələlik qeyri-müəyyəndir.
Bu gün BMT Baş Katibi Antonio Quterreş də yenidən COP29-da iştirak üçün ölkəmizə gəlib. Güman ki bu gəliş də COP29-un yekun maliyyə sənədinin qəbulu ilə bağlıdır.
Osman Gunduz
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.