Xüsusilə külli miqdarda vergi borcu olan “Optimal Elektronika” barəsində tədbir görüldü

Bu gün, 16:29           
Xüsusilə külli miqdarda vergi borcu olan “Optimal Elektronika” barəsində tədbir görüldü
Yasamal Rayon Məhkəməsində “Optimal Elektronika” MMC-yə yazılan inzibati protokola baxılıb.

Pravda.az-ın xəbərinə görə, hakim Rauf Daşdəmirovun sədrliyi ilə keçirilən iclasda qərar elan olunub, şirkət cərimələnib.

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (İcra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. MMC ilə bağlı 30-dan çox müraciət edilib.

Qeyd: Şirkətin qanuni təmsilçisi Əhəd Tofiq oğlu Əsgərovdur. 2013-cü ildə dövlət qeydiyyatına alınan MMC-nin nizamnamə kapitalı 11 485 360, dövlətə olan borc isə 586281 AZN-dir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.