Tramp gitara satışına başladı

22-11-2024, 16:38           
Tramp gitara satışına başladı
ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp üzərində özünün seçkiqabağı kampaniyasının şüarı və ABŞ-nin milli quşu hesab edilən ağbaş qartal təsviri olan gitara satışına başlayıb.

Oxu.Az xəbər verir ki, o, bu barədə özünün "Truth Social" hesabında yazıb.

"Tezliklə satışda! "45" gitarasının məhdud seriyası. Cəmi 1,3 min nüsxə akustik gitara və elektrogitara - onlardan bəziləri şəxsən mənim tərəfindən imzalanıb!" - deyə Tramp bildirib.

"Bu gözəl gitaralar ikonik "ABŞ-ni yenidən möhtəşəm edək" ifadəsi ilə bəzədilib, bu cümlə sədəf boyalarla gitaranın qrifinə yazılıb, qrifin başlığındakı 45 rəqəmi isə Prezident Donald Trampın əvvəlki prezidentlik dövrünü və musiqi alətlərini haradan sifariş etmək mümkün olduğunu göstərir. Həmçinin gitaranın korpusunda qartal əks olunub", - deyə "Trump Guitars" veb-saytında bildirilib.

Gitaranın qiyməti modelindən asılı olaraq min dollardan 1,5 min dollara qədərdir. Eyni zamanda, respublikaçının özünün imzası olan gitara 10-10,5 min dollara başa gələcək. Veb-sayt qeyd edir ki, gitara Milad bayramı ərəfəsində ünvanlara çatacaq.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru