“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..

23-11-2024, 00:09           
“Baktelekom” və “Aztelekom” əməkdaşlarını 270, Mərkəzi Bank isə 528 manata sığortalayır - AXI NİYƏ?..
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Bakı Telefon Rabitəsi” MMC (“Baktelekom”) tərəfindən keçirilən tender müsabiqəsinin (Açıq tender) qalibi “Qala Sığorta” ASC olub.
Yeniavaz.com xəbər verir ki, “Qala Sığorta” ASC “Baktelekom” əməkdaşlarının və ailə üzvlərinin 12 aylıq könüllü tibbi sığortası xidmətini təqdim edəcək.
“Baktelekom” ümumilkdə 96 nəfərin tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 25 min 920 manat ödəyəcək.
Açıqlanan məlumatlardan da göründüyü kimi, bir nəfərin tibbi sığortası üçün “Baktelekom” 270 manat xərcləyəcək.
Qeyd edək ki, ötən həftə “Aztelekom” MMC də ümumilikdə 203 əməkdaşının bir illik könüllü tibbi sığorta xidməti üçün “Qala Sığorta”ya 54 min 810 manat və ya bir nəfər üçün 270 manat ödəyəcəyini açıqlayıb.
Məlumat üçün onu da bildirək ki, təxminən bir ay əvvəl Mərkəzi Bankın keçirdiyi analoji tenderin qalibi “Paşa Sığorta” ASC olub. Mərkəzi Bank ümumilkdə 1 549 nəfərin (əməkdaşlar və ailə üzvləri) tibbi sığorta xidməti üçün “Paşa Sığorta”ya 818 min 96 manat və ya bir nəfər üçün 528 manat ödəyəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru