Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...

Bu gün, 00:04           
Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır...
“Lüksemburq Nümayəndələr Palatası Fransanın "züy tutanı"dır. Ona görə də Azərbaycana qarşı qərəzli, qeyri-obyektiv və həqiqəti əks etdirməyən qətnamə qəbul edib. Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliklərə qarşı mübarizədə ada dövlətlərinə maliyyə yardımının göstərilməsi ilə bağlı məsələ qaldırıb və Fransanın neokolonial siyasətini tənqid edir”.
Bu barədə Bizimyol.info xəbər portalına danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bildirib ki, “Fransa özünün "züy tutan"larına tapşırıq verib və Azərbaycana qarşı qeyri-obyektiv qətnamələr qəbul etdirməklə ölkəmizin beynəlxalq nüfuzuna xələl gətirməyə çalışır. Lüksemburq əhalisinin 70%-dən çoxu katoliklərdir. Bu da Fransanın dayaq olduğu Ermənistana bir dəstək nümayiş göstərməsi üçün bir addım kimi dəyərləndirə bilərəm. Azərbaycan Fransanın Ermənistanla münasibətlərinin ədalətli nizamlanmasını tələb edir. Amma Fransa birətəfli şəkildə Ermənistanı silahlandırır və ədalətli sülhün yaranmasına mane olmağa çalışır.

“Lüksemburq Nümayəndələr palatasının ölkəmizə qarşı qəbul etdiyi qərəzli kağız parçası ilə ölkəmizin daxili işlərimizə burnunu soxmağa çalışır. Əslində Lüksemburqun özü heç kimin siyahısında olmayan cırtdan bir dövlətdir. Amma nə qədər cırtdan dövlət olsa da Fransanın "mahnısına oynamaq" və beynəlxalq hüququ ayaq altına ataraq ölkəmizin daxili işlərinə qarışması onlara heç də hörmət gətirmir.Təbii ki, Milli Məclis Lüksemburq Nümayəndələr palatasına çox ətraflı və tutarlı cavabı verib. Ölkəmizə qarşı kim qərəz nümayiş etdirərək çirkin niyyətlərini ifadə etməyə çalışsa, onların da cavabı dərhal veriləcəkdir”-deyən deputat vurğulayıb ki, biz bütün ölkələrlə ədalətli, qarşılıqlı hörmət və milli maraqlar əsasında münasibətlərin qurulmasının tərəfdarıyıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.