İlk dəfə xristianlığı qəbul edən,Azərbaycandan gələn üç maq (üç münəccim,üç tatar)kimdir.
Bu gün, 16:54
Dövrümüzədək alban ( qarqar-qıpçaq) dilində yazılmış çox sayda xristian məzmunlu hekayə mətni gəlib çatmışdır.Sözügedən hekayələrdən bir neçəsi Xll əsr alban ədibi Mxitar Qoşun "Törə bitiyi"nin bulunduğu Avstriya əlyazmasında yer almaqdadır.
Bu hekayələrin biri də "Möcüzə edən Qriqorun hekayəsi"dir.
Burada söhbət haqqında "İncil"də məlumat verilən bir hadisədən gedir .Belə ki, Matta "İncil"inin ll fəslinin 1 və 2 ci ayəsində deyilir.
"İsa hökmdar Hirodun hakimiyyəti günlərində ,Yəhudeya-Veytlehimdə anadan olduğu zamanı, Şərqdən (Azərbaycandan)Yerusəlimə münəccimlər gəlib dedilər:
"Anadan olmuş yəhudi hökmdarı haradadır ? Çünki biz onun ulduzunu Şərqdə gördük və ona səcdə qılmağa gəldik.
Məlumat üçün bildirək ki,Bibliyada "Şərq"dedikdə Azərbaycan ərazisi nəzərdə tutulur.
Vll əsr alban tarixçisi Musa Kağankatlının "Alban tarixi",Mxitar Qoşun "Alban salnaməsi "Kirakos Gəncəlinin "Tarix "kitablarında "Şərq ölkəsi"ifadəsi Albaniya adının sinonimi kimi işlədilir.Məsələn ,Musa Kağankatlının kitabında Vl fəsli
"İlahinin biz,Şərq xalqında zühr etmsi,Vll fəsli isə "Şərqin maarifpərvəri müqəddəs Yeliseyin cəsədinin tapılması"adlanır ki, hər iki fəsildə söhbət məhz Albaniyadan və alban xalqından gedir.
Burada söhbətin məhz Şərqdən gələn maqlardan getməsi də bir daha sübut edir ki, bu halda Azərbaycanlı maqlar nəzərdə tutulmuşdur.
Bibliyanın yunanca olan əski mətnlərində Azərbaycan türkçəsinə "münəccim"kimi tərcümə edilmiş söz "maq"kimi yazılmışdır.Əslində söhbət maqlardan,yəni sehrbaz münəccimlərdən deyil,6 Midiya tayfasından biri olan maq xalqından getməkdədir.Yəni mətndə "maq" termini etnonim kimi işlənmişdir.Oruc bəy Bayatın
(Don Juan) da xatırlatdığı kimi və orta əsr ilahiyyatçısı müqəddəs Antoni də onların Midiyalı maq tayfasından olduğunu qeyd edir.
Məlum olduğu kimi,qədim yunan mənbələrində "maq" ,qədim Elam yazılarında "makuş" ,ərəb mənbələrində "muğ"əski türk mənbələrində isə "moğoç" adlandırılan bu Midiya tayfası əski çağlardan Muğan ərazisində yaşamışlar və "Muğan" etnotopinimi də onların adı ilə bağlıdır.
Daha sonra oxuyuruq:"Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpənin olduğud yerə gələrək həmin yerin üzərində durdu .Evə gəlib anası Məryəmi ilə körpəni gördülər və yerə sərilib ona səcdə etdilər.
Əski uyğur mənbələrində bu maqlardan oda tapınan xalq kimi söz açılır.
İsin ən qəribəsi də odur ki,qarqar-qıpçaq dilində dövrümüzədək yetişən mətnlərdə bu üç midiyalı maqlar "tatar"ya da "tatar xanları" adlandırılıryəni TÜRK olduğu bildirilir.
Əgər Həzrət İsanın ziyarətinə gələn 3 tatar, yəni maq gerçəkdəndə xan idilərsə ,xristianlığı qəbul edən ilk hökmdarların Azərbaycanlı türk olduğunu söyləyə bilərik.
Həmin üç tatarın qurumuş cəsədlərinin qalığı bu günə qədər qalmaqda və xristianlar tərəfindən hörmətlə ziyarət edilməkdədirlər.
Hazırda cəsədləri Almaniyanın Köln şəhərində saxlanılmaqdadr.
Şahlar Haciyev
TEREF