"Apple" ABŞ-də bank kimi tanındı

22-11-2024, 18:38           
"Apple" ABŞ-də bank kimi tanındı
"Apple" korporasiyası təmassız ödəniş xidmətinə görə ABŞ-də maliyyə qurumu kimi tanınıb.

Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Qeyd olunur ki, bu, yeni federal qanun sayəsində mümkün olub. Bu qanuna görə, şirkət ildə ən azı 50 milyon dollarlıq əməliyyat həyata keçirərsə, bank statusunu alır. IT nəhəngi "Apple Pay" təmassız ödəniş xidməti və "Apple Card" kredit kartı sayəsində maliyyə təşkilatı sayıla bilər.

CFPB direktoru Rohit Çopranın sözlərinə görə, rəqəmsal ödənişləri nəzərə almaq vacibdir, çünki onlar həyatımızın bir hissəsinə çevrilib. "Bloomberg" qeyd edib ki, ABŞ-də əhalinin 60%-dən çoxu mobil pul kisələrindən istifadə edir, onların əksəriyyəti isə "Apple Pay"a arxalanır.

"9to5Mac"ın məlumatına görə, "Apple"ı maliyyə təşkilatı kimi tanımaq qərarı hakimiyyət orqanlarının şirkətə artan marağı anlamına gələ bilər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru