Vyanada Moqerini, Əliyev və Sarkisyanın görüşü başladı

16-05-2016, 22:09           
Vyanada Moqerini, Əliyev və Sarkisyanın görüşü başladı
"Prezidentləri Minsk qrupuna həmsədrlik edən ölkələrin XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”.

Avropa diplomatiyasının rəhbəri Federika Mogerini Vyanada Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanla Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə görüş keçirir.

Bu barədə nümayəndə heyətlərindən birindəki mənbə bildirib.

"Mogerini Əliyev və Sarkisyanla görüşür. Daha sonra iki ölkə prezidentləri ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin (ABŞ, Rusiya, Fransa) XİN rəhbərləri ilə məsləhətləşmələr aparacaqlar”, - deyə, o, bildirib. (oxu.az)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.