"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO

13-06-2025, 17:14           
"Səs Azərbaycan"ın finalçısı indi usta köməkçisi işləyir - VİDEO
"Səs Azərbaycan"ın finalçısı Fuad Mehdiyevin sosial şəbəkələrdə yayımlanan videosu diqqət çəkib.

TEREF xəbər verir ki, Fuadın usta kimi çalışdığı məlum olub.

Belə ki, onun bu videosu sərinkeş ustasının köməkçisi kimi getdiyi evlərin birində lentə alınıb.

Ev sahibi Tima Ali Fuadı tanıyıb və onun görüntüsünü sosial mediada paylaşaraq bu sözləri yazıb:

"Bu gün həyətimizə sərinkeş quraşdıran usta gəlmişdi. Yanında olan köməkçisi mənə çox tanış gəldi və tanış gəldiyini bildirdim. Ustası dərhal bildirdi ki, bəs adı Fuaddır, tanıyarsınız "Səs Azərbaycan"dan , finalçı olub. Dərhal xatırladım və çox təəssüflə bildirdim ki, siz niyə sənətinizi buraxmısınız? Hər kəsin bildiyi klassik cavablar.... Təəssüf ki, bu gün istedadlı gənclərimiz başqa sektordan yapışaraq öz həyatlarını sürdürməyə çalışırlar".

Qeyd edək ki, Fuad Murad Arifin komandasında yarışıb. (olay)













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru