Uitkoff: "Tramp həm ABŞ prezidenti, həm də İsrail baş naziri ola bilər"

13-06-2025, 16:48           
Uitkoff: "Tramp həm ABŞ prezidenti, həm də İsrail baş naziri ola bilər"
"Donald Tramp eyni vaxtda həm ABŞ prezidenti, həm də İsrailin baş naziri ola bilər".

Oxu.Az "The Times of Israel" nəşrinə istinadla xəbər verir ki, bu barədə ABŞ prezidentinin nümayəndəsi Stiv Uitkoff bildirib.

O qeyd edib ki, Donald Tramp eyni zamanda həm ABŞ prezidenti, həm də İsrailin baş naziri ola biləcək ilk şəxs ola bilər:

"Bu gün danışdığım Baş nazir Netanyahu inciməsin, amma düşünürəm ki, Prezident Tramp eyni zamanda İsrailin Baş naziri ola biləcək ilk ABŞ Prezidenti ola bilər", - deyə Uitkoff bildirib.

O, çıxışı zamanı Trampın yəhudi xalqının "inanılmaz dostu" olduğunu vurğulayıb. Uitkoffun sözlərinə görə, ABŞ və İsrail birlikdə Tehranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əməkdaşlıq etməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru