Sabiq millət vəkili Elnur Allahverdiyevə məxsus olduğu deyilən “Kontakt Home”a sanksiyası tətbiq edildi

14-06-2025, 00:09           
Sabiq millət vəkili Elnur Allahverdiyevə məxsus olduğu deyilən “Kontakt Home”a sanksiyası tətbiq edildi
“ABC-Telecom” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) qarşı vergi nəzarəti çərçivəsində maliyyə sanksiyası tətbiq olunub.

32gun.az-ın əldə etdiyi məlumata görə, şirkətə Əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması səbəbilə 1000 manat məbləğində cərimə kəsilib. Bu qərar Operativ vergi nəzarəti nəticəsində tərtib edilən AKT əsasında verilib.

Qeyd edək ki, “ABC-Telecom” MMC “Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir. Şirkət 2006-cı ildə dövlət qeydiyyatına alınıb və onun nizamnamə kapitalı 10 000 AZN təşkil edir. Hazırda MMC-nin qanuni təmsilçisi Həsən İsrafilzadə Fazil oğludur.

Xatırladaq ki, “ABC-Telecom” MMC-yə 2020-ci ilə qədər sabiq millət vəkili Elnur Allahverdiyev rəhbərlik edib. Mətbuatda yer alan məlumatlara görə, o, bu şirkətin sahiblərindən biri kimi də göstərilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru