ING Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib

13-06-2025, 17:54           
ING Azərbaycanın 2025-ci il üçün iqtisadi artım proqnozunu yenidən nəzərdən keçirib
Niderlandın ən böyük bank qrupu olan “ING Group” Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2 %, 2026-cı ildə isə 2,5 % artacağını proqnozlaşdırır.

İndex.az bu barədə ING-yə istinadən xəbər verir.

Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ÜDM-in artım tempi 0,5 faiz bəndi azalıb, növbəti il üçün isə dəyişməz qalıb.

Beləliklə, 2025-2026-cı illərdə ölkədə ÜDM-in orta illik artımı 2,25 % səviyyəsində proqnozlaşdırılır.

Bankın qiymətləndirmələrinə görə, birinci rübdə iqtisadi artım 0,3 % təşkil edib.

2025-ci ilin ikinci rübündə iqtisadi artım proqnozu 2,5 %, üçüncü rübündə 2 %, dördüncü rübündə 3 %, 2026-cı ilin birinci rübündə 3,5 %, ikinci rübündə 3 %, üçüncü rübündə 2,5 %, dördüncü rübündə isə 1 % təşkil edir.

Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, 2025-ci ildə ÜDM artımı 3,7 %, 2026-cı ildə 3,2 %, 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilir.

Beynəlxalq reytinq agentliklərinin proqnozları bir-birindən fərqlənir: “S&P Global” 2025-2026-cı illərdə illik 2 %, “Fitch Ratings” 2025-ci ildə 3 %, 2026-cı ildə 2,4 %, “Moody’s” isə illik 2,5 % artım gözləyir.

Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illərdə iqtisadi artımın müvafiq olaraq 3,5 % və 2,5 %, Avropa Yenidənqurma və İnkişaf Bankı 2025-ci ildə 3 %, 2026-cı ildə 2,5 %, Asiya İnkişaf Bankı növbəti iki il ərzində 3,4 % və 3,3 %, Dünya Bankı isə 2025-ci ildə 2,6 %, 2026-cı ildə 2,4 % səviyyəsində olacağını gözləyir.

2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-aprel aylarında isə 0,9 % artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru