Azərbaycanda xərçəng DƏHŞƏTLİ DƏRƏCƏDƏ ARTIB - Səbəbləri ortaya çıxdı...

Bu gün, 00:08           
Azərbaycanda xərçəng DƏHŞƏTLİ DƏRƏCƏDƏ ARTIB -
Ötən il Azərbaycanda 9681 nəfər xərçəngdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 5546 nəfərin kişilər, 4135 nəfərini isə qadınlar təşkil edir.

Ümumilikdə, 15 164 xəstədə ilk dəfə xərçəng diaqnozu qoyulub: 7 113 kişi və 8 051 qadın.

Ən çox diaqnoz qoyulan süd vəzi xərçəngi (2674 hadisə), nəfəs borusu və bronxlar (hər biri 1525), mədə (1437), düz bağırsaq və sigmoid bağırsaq (hər biri 854), yemək borusu (528), ağız boşluğu və farenks (267), qırtlaq (249), dəri və dodaq 5 xərçəngidir.

Mövzu ilə bağlı professor Adil Qeybulla “Referans”- açıqlamasında danışıb.

“Onkoloji xəstəliklərin dinamikasının artması təkcə Azərbaycanda deyil, bütün dünyada müşahidə edilir. Bu, ilk növbədə ekoloji səbəblərlə bağlıdır. Ümumiyyətlə, nə qədər ki, canlı orqanizm var, o qədər də onkologiya olacaq. Nə qədər ki, insan və digər canlılar var, o qədər də bədxassəli şişlər, xərçəng və s. olacaq. Heç vaxt da bunun birmənalı müalicəsi olmayacaq. Xərçəng hüceyrələrin bölünmə prosesinin sıradan çıxması ilə meydana gəlir”.

Professor bildirib ki, hazırda dünyada mövcud ekoloji proseslər də onkoloji xəstəliklərin çoxalmasının əsas səbəblərindəndir.

“Atmosfer havasının çirklənməsi, havada benzopren, polisiklik aromatik karbohidratların konsentrasiyasının artması, içməli suda olan müxtəlif qarışıqlar, kimyəvi zavodların, xüsusilə də, Ermənistandan Araz çayı ilə axıdılan kimyəvi maddələrin təsiri və s. Bundan başqa siqaret çəkənlərin sayının artması, müxtəlik konservativ qidaların, hisə verilmiş ərzaqların həddindən çox qəbulu kimi faktorları da bu sıraya daxil etmək olar. Eyni zamanda həddən ziyadə qida qəbulu, az hərəkətlilik, köklük, avtomobillərin artması, insanların tənbəlləşməsi – bütün bunlar onkoloji xəstəliklərin dinamikasının artmasına səbəb olur. Yəni onkoloji xəstəlikləri ekoloji səbəblər, irsi faktorlar və digər kanserogen faktorlar tətikləyir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.