Pəhriz zamanı hansı çərəzləri yemək olar?

13-06-2025, 17:08           
Pəhriz zamanı hansı çərəzləri yemək olar?
Pəhriz zamanı çərəzlər həm toxluq hissini artırır, həm də orqanizmi faydalı yağlar, protein və minerallarla təmin edir.
Əsas şərt
– onları az miqdarda və duzsuz, şəkərsiz formada qəbul etməkdir.
- Badam zülal və E vitamini ilə zəngindir, gündə 10-15 ədəd kifayətdir.
- Qoz omeqa-3 ilə doludur, 3-5 ədəd yetərlidir.
- Fındıq da faydalı yağlar və lif baxımından zəngindir, 10-12 ədəd yemək olar.
- Kaju bir qədər daha kalorilidir, amma gündə 6-8 ədəd məqbul sayılır.
- Balqabaq və günəbaxan tumu sink və maqneziumla zəngindir, amma duzsuz və qovrulmamış formada olmalıdır.
- Çia və kətan toxumu isə lif və omeqa-3 mənbəyidir, qatıq və smuziyə qarışdırılaraq istifadə edilə bilər.Bu çərəzləri doğru miqdarda və təbii halda qəbul etdikdə həm enerjili qalmaq, həm də arıqlamaq mümkün olur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru