İŞİD nomrə 2 -də məhf edildi - İlanın başı əzilir VİDEO
13-05-2015, 20:08
Hazırda "İslam Dövləti" (İŞİD) terror təşkilatının Əbubəkr əl-Bağdadidən sonra ikinci adamı sayılan "Əbu-Əla əl-Afri" ləqəbli Abdurrahman Mustafa əl-Qaduli İraqın Neynəva əyalətinin Təlafir qəzasına endirilən hava zərbəsində ölüb.
Bu barədə SalamNews İraq Müdafiə Nazirliyinin rəsmi saytına istinadla xəbər verir.
Nazirliyin dəqiq kəşfiyyat məlumatlarına əsasən, əl-Afri Təlafir qəzasının əl-Əyadiyyə bölgəsində obyektlərin birində digər aparıcı terrorçu komandirlərlə toplantıda olarkən vurulub.
Burada əl-Afridən başqa, İŞİD-in "əl-Badiyə" və "əl-Cəzirə" adlandırdığı vilayətlərin “qazi"si, "Molla Məysir" ləqəbli Əkrəm Qarabaş adlı aparıcı terrorçu da məhv edilib.
İraqın Müdafiə Nazirliyi əl-Afrinin toplantı keçirdiyi obyektə endirilən hava zərbəsinin videogörüntüsünü yayıb. [media=https://www.youtube.com/watch?v=Rh6DzBTGFLk]