Mironov: Onlara qarşı ölüm hökmü tətbiq edilsin

25-06-2024, 15:18           
Mironov: Onlara qarşı ölüm hökmü tətbiq edilsin
“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının rəhbəri Sergey Mironov terrorçular üçün ölüm hökmünün tətbiq edilməsini və onların qohumlarının dövlət qulluğundan uzaqlaşdırılmasını təklif edib.

O, bu barədə Dağıstanda baş verən terror aktlarını şərh edərkən deyib.

“Dövlətdən yalnız bir reaksiya olmalıdır: terrorçular üçün ölüm hökmü, onların əlaltıları üçün həbsxana, qohumları və dostları üçün dövlət qulluğundan qovulmaq və ömürlük dövlət orqanlarında işləməmək qadağası”, - o bildirib.

Qeyd edək ki. 23 iyunda Mahaçqala və Dərbənddə terror aktları həyata keçirilib, nəticədə 17 polis, 4 mülki şəxs ölüb. Serqokalinski rayon başçısının iki oğlu və qardaşı oğlu da terrorçular sırasında olub.

Həmçinin terrorçulardan biri “Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının yerli təşkilatına uzun illər sədrlik edib.

Mənbə: axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru