"Baş nazir seçilsəm Rusiya ilə qarşıdurmaya gedəcəyik" - Jordan Bardella

26-06-2024, 07:24           
"Baş nazir seçilsəm Rusiya ilə qarşıdurmaya gedəcəyik" - Jordan Bardella
"Növbədənkənar parlament seçkilərindən sonra baş nazir seçilsəm Rusiya ilə qarşıdurmaya gedəcəyik".

TEREF bildirir ki, bunu Fransanın ifrat sağçılarının lideri, hakimiyyətə gəlməyə çox yaxın olan Jordan Bardella deyib.

Prezident Emmanuel Makronun “Milli Birlik”in Moskvadan asılılığına görə Fransanı müdafiə edə bilməməsi ilə bağlı ittihamlarına baxmayaraq, Bardella Rusiya Federasiyasının təhlükə yaratdığını bildirib.

“Mən Rusiyanı həm Fransa, həm də Avropa üçün çoxölçülü təhlükə kimi görürəm”, - deyə siyasətçi bildirib.

Onun sözlərinə görə, bu gün Rusiya Fransanın maraqlarına meydan oxuyur və bunu aylar və illərdir ki, Afrikada, Qara dənizdə və ölkənin xarici ərazilərində “bizim tarixi təsir dairəmizdə” edir.

“Mən Rusiyanın, eləcə də dünyanın istənilən başqa dövlətinin və ya qüvvələrinin müdaxilə cəhdlərinə qarşı son dərəcə ayıq-sayıq olacağam”, - Bardella bildirib.

O, həmçinin Fransanın beynəlxalq aləmdə, xüsusən də Ukrayna ilə bağlı üzərinə götürdüyü öhdəlikləri şübhə altına almaq niyyətində olmadığını təsdiqləyib, eyni zamanda, bu məsələdə hökumətinin keçməyəcəyi bir xəttin olduğunu təkrarlayıb .

“Ukraynaya maddi-texniki və müdafiə avadanlığı ilə dəstəyin davam etdirilməsinin tərəfdarı olsam da, mənim qırmızı xəttim uzun mənzilli raketlər və ya eskalasiyaya səbəb ola biləcək hər hansı hərbi texnika olaraq qalır".deyə o bildirib.

Bizimxeber.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.