İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirdi

27-06-2024, 11:34           
İsrailin müdafiə naziri Baydenin Qəzza planını dəstəklədiyini bildirdi
İsrail ABŞ Prezidenti Cozef Baydenin Qəzza zolağında atəşkəs razılaşması təklifini dəstəkləyir.

Bu barədə İsrailin müdafiə naziri Yoav Qalant Vaşinqtona səfəri zamanı bildirib.

“Biz İsrailin qəbul etdiyi və prezident Baydenin təklifini qətiyyətlə dəstəkləyirik və indi radikal HƏMAS hərəkatı bunu qəbul etməlidir, əks halda nəticələri ilə üzləşməlidir”, - nazir deyib.

Qalant vurğulayıb ki, İsrailin birinci prioriteti Qəzzada saxlanılan girovları evlərinə qaytarmaq və xalqını qorumaqdır.

“Ancaq bilin ki, bizim müharibəmiz Qəzza xalqı ilə deyil. Bizim müharibəmiz Livan xalqı ilə deyil. Bizim müharibəmiz “HƏMAS”, “Hizbullah” və onların himayədarı olan İran rejiminə qarşıdır. Biz Qəzzaya mühüm humanitar yardımın çatdırılmasını asanlaşdırmağa sadiqik - və şəxsən mən də sadiqəm. Biz ancaq bizə zərər vermək istəyənlərlə mübarizə aparırıq”. \\Redaktor.Az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru