ABŞ-yə İŞİD-lə əlaqəli qruplar tərəfindən göndərilən miqrantlar müəyyən edilib

27-06-2024, 12:34           
ABŞ-yə İŞİD-lə əlaqəli qruplar tərəfindən göndərilən miqrantlar müəyyən edilib
ABŞ Daxili Təhlükəsizlik Nazirliyi İŞİD ilə əlaqəli strukturların köməyi ilə ölkəyə qeyri-qanuni yollarla daxil olduğu iddia edilən 400-dən çox miqrantı müəyyən edib.

“Report” xəbər verir ki, bu barədə “NBC News” üç amerikalı məmura istinadən məlumat yayıb.

Miqrantlar Mərkəzi Asiyadan və digər bölgələrdən gəlib və narahatlıq doğuran şəxslər kimi müəyyən ediliblər. Qeyd olunub ki, artıq 150 miqrant saxlanılıb, 50-nin harada olduğu məlum deyil.

“Fox news” kanalı təhlükəsizlik ekspertlərinin təhlilinə istinadən ABŞ-də, ilk növbədə Vaşinqton və Nyu-Yorkda terror aktı təhlükəsi barədə məlumat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru