Ukrayna və Moldova Aİ üzvlüyü üçün danışıqlara başlayıblar

27-06-2024, 15:14           
Ukrayna və Moldova Aİ üzvlüyü üçün danışıqlara başlayıblar
Ukrayna və Moldova hökumətləri Avropa İttifaqına üzvlük danışıqlarına başlanmasını “tarixi hadisə” adlandırıblar. Bu danışıqlar iyunun 25-də Lüksemburqda hökumətlərarası konfransda başlanıb.

Ukrayna nümayəndə heyətinə başçılıq edən Olqa Stefaşina deyib ki, bu, onun ölkəsi üçün “tarixi andır” və bütün xalq bu qərarı dəstəkləyir.

Stefaşinanın sözlərinə görə danışıqlara başlanması ukraynalılara Rusiya təcavüzü ilə mübarizədə “mənəvi güc” verəcək. Moldova prezidenti Mayya Sandu danışıqların başlanması münasibətilə Ukraynanı təbrik edib.

O deyib ki, Moldova dinc və çiçəklənən gələcək naminə Ukrayna ilə birlikdədir. Moldovanın baş naziri Dorin Reçan bu barədə deyib:

“Bu Avropa üçün tarixi zamanda bizim üçün tarixi hadisədir. Bu həm də o deməkdir ki, hər iki tərəfin Avropa sülhünə, təhlükəsizliyinə, sabitliyinə və çiçəklənməsinə sədaqəti var”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru