Pakistan məhkəməsi Xanın 'qanunsuz nikah'a görə 7 illik həbs cəzasını qüvvədə saxlayıb

28-06-2024, 15:34           
Pakistan məhkəməsi Xanın 'qanunsuz nikah'a görə 7 illik həbs cəzasını qüvvədə saxlayıb
Pakistan məhkəməsi keçmiş Baş nazir İmran Xan və həyat yoldaşı Buşra Bibiyə rəsmilərin dediyinə görə, cütlüyün "qanunsuz nikahı"na görə verilən 7 il həbs cəzasını qüvvədə saxlayıb.

Cümə axşamı paytaxt İslamabadda dairə və sessiya məhkəməsinin qərarı Xanın azadlığa çıxmaq ümidini puça çıxarıb. Belə ki, bu, hazırda keçmiş lideri dəmir barmaqlıqlar arxasında saxlayan yeganə yoldur.

Xan keşən il avqustun 5-dən bəri uzun bir ittiham siyahısı ilə İslamabad yaxınlığındakı yüksək rejimli həbsxanada saxlanır. Onun həyat yoldaşı ilkin olaraq ev dustaqlığına buraxıldıqdan sonra may ayından bəri həmin həbsxanada cəza çəkir.

Xanın Pakistanın "Təhrik-i-İnsaf" (PTI) partiyası X sosial media platformasında bu qərarı "tamamilə gülünc" adlandırıb.

"Bu işi uydurub aparan hər bir şəxs tarixin ən çirkli, ən qaranlıq yerlərinə düşəcək" - deyə, partiya bildirib.

Partiya mətbuata açıqlamasında hökmə etiraz edəcəyini bildirib.

Bir çox hüquq ekspertləri də "qanunsuz nikah" işini qeyri-ciddi adlandırıb.

Pakistanlıların fevralın əvvəlində seçkiyə getməsindən bir neçə gün əvvəl məhkəmə Bibinin keçmiş həyat yoldaşının verdiyi ərizə əsasında Xan və Bibini 2018-ci ildə evlilik qanununu pozduğuna görə hər birini yeddi il həbs cəzasına məhkum edib. Məhkəmə həmçinin 71 yaşlı keçmiş Baş nazir və onun həyat yoldaşının hər birini 1800 dollar cərimələyib.

Bibi əvvəlki ərindən boşandıqdan və 2018-ci ildə Xanla evləndikdən sonra İslamın verdiyi "iddat" adlanan gözləmə müddətini tamamlamamaqda günahlandırılıb.

Keçmiş birinci xanım ittihamları əsassız və ərini şərləmək üçün siyasi motivli adlandırıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.