Lukaşenkonun bəyəndiyi yeni xarici işlər naziri kimdir?

28-06-2024, 09:44           
Lukaşenkonun bəyəndiyi yeni xarici işlər naziri kimdir?
Rıjenkov buna qədər prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Belarus prezidenti Aleksandr Lukaşenko Maksim Rıjenkovu ölkənin xarici işlər naziri təyin edib. Bu barədə "Pul First" Telegram kanalı məlumat yayıb.
"Maksim Rıjenkov xarici işlər naziri təyin edilib", - məlumatda deyilir.
Rıjenkov buna qədər prezident administrasiyası rəhbərinin birinci müavini vəzifəsində çalışıb.
Bundan başqa, Belarusun Rusiyadakı səfiri də dəyişib. Dmitri Krutoyun yerinə Aleksandr Roqojnik təyin edilib. Krutoy prezident administrasiyasına rəhbərlik edirdi.
Qeyd edək ki, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenkodur. O, 2020-ci ilin yayında keçirilən prezident seçkilərindən sonra 6-cı dəfə qalib gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru