Maldiv adalarında qadın nazir həbs olunub: Ölkə prezidentinə cadu etmək istəyib

28-06-2024, 18:14           
Maldiv adalarında qadın nazir həbs olunub: Ölkə prezidentinə cadu etmək istəyib
Maldiv adalarında ətraf mühit, iqlim dəyişikliyi və enerji naziri Fatimat Şamnaz Əli Salem ölkə prezidentinə qarşı qara magiyadan istifadə etmək cəhdində ittiham edilib.

Nazir Fatimat Şamnaz Əli Salem və daha iki nəfər ölkə prezidenti Məhəmməd Muizzaya qarşı cadugərlik etdikləri üçün həbs ediliblər. Məsələ ilə bağlı istintaq davam edir, işin təfərrüatı açıqlanmayıb.

Maldiv adaları iqlim böhranı ilə bağlı bir çox problemlərlə üzləşdiyi üçün Salem mühüm mövqe tutur. Ada dövlətini əhatə edən su səviyyəsi yüksəlir və bu səbəbdən artıq əsrin sonuna qədər ölkə yaşayış üçün yararsız hala düşə bilər.

Məlumata görə, Maldiv adalarında sehr təcrübələri geniş yayılıb ki, bunlar kimisə lənətləməyə və ya özünə cəlb etməyə imkan verir. Bu rituallardan siyasətdə də istifadə olunur.

Belə ki, 2013-cü ildə Maldiv müxalifəti yerli hökumətə və polisə qarşı şər ruhlardan və lənətlənmiş toyuqdan istifadə etməkdə ittiham olunub.

Ölkədə sehrdən istifadəyə görə cinayət məsuliyyəti nəzərdə tutulmur, lakin mövcud şəriət qanunlarına görə, sehrbaz və ya cadugər altı aylıq müddətə həbs edilə bilər. Maldiv adaları əhalisinin əksəriyyəti İslam dininə etiqad edir və burada cadugərlik böyük günah sayılır.


Mənbə: Lenta.ru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.