Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

29-06-2024, 09:54           
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq
Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqının (Aİ) üzvü olacaq, çünki o, digər namizəd ölkələrlə müqayisədə icmaya qoşulmağa hazır olacaq.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze bildirib.

"Əlbəttə, assosiasiyanın gündəliyində və doqquz prioritetdə nəzərdə tutulan şərtlərə əməl olunmağa davam ediləcək. Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına tamhüquqlu üzv olmağa namizəd ölkələr arasında ən hazır olan ölkə olacaq", - Kobaxidze bildirib.

Eyni zamanda, o, NATO ilə fəal əməkdaşlığı davam etdirəcəyini vəd edib: "Bizim müxtəlif sahələrdə, o cümlədən hərbi və müdafiə sahələrində çox səmərəli əməkdaşlığımız var. Bu əməkdaşlığın dərinləşdirilməsi hökumətimizin əsas prioritetlərindən biri olacaq".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru