Rumıniya Norveçdən daha üç F-16 qırıcısı alıb

29-06-2024, 09:24           
Rumıniya Norveçdən daha üç F-16 qırıcısı alıb
Rumıniyanın Norveçdən aldığı 3 ədəd F-16 “Fighting Falcon” təyyarəsi Kımpiya-Turziy (Kluj qraflığı) şəhərindəki 71-ci “General Emanuil İonesku” aviabazasına gəlib.

Bu barədə Rumıniya Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər yayıb.

Milli müdafiə naziri Andjel Tılvar deyib ki, qırıcıların alınması milli hava məkanını qorumaq üçün missiyaları yerinə yetirməklə Rumıniyanın və NATO-nun şərq cinahının təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirəcək.

Qırıcılar aviabazada yerləşən 48-ci qırıcı eskadrilya ilə xidmətə daxil olacaq. Beləliklə, Rumıniya indiyədək Norveçdən sifariş etdiyi 32 ədəd F-16 təyyarəsindən 9-nu alıb. Bütün partiyanın gələn ilin sonuna kimi ölkəyə gətirilməsi gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.