Səid Cəlili və Məsud Pezeşkian İranda prezident seçkilərinin ikinci turunda görüşəcəklər - "Farhikhtegan"
29-06-2024, 12:36
İran prezident seçkisində favorit namizədlər Səid Cəlili və Məsud Pezeşkian seçkilərin iyulun 5-də keçiriləcək ikinci turunda prezident postu uğrunda mübarizəni davam etdirəcəklər.
"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İranın "Farhikhtegan" qəzeti məlumat yayıb.
Birinci turda qalib gəlmək üçün namizəd 50 faizdən çox səs toplamalıdır. Əks halda, bir həftə sonra ikinci tur keçirilir və bu turda birinci turda ən çox səs toplayan iki namizəd iştirak edir.
Birinci turda üç mühafizəkar - parlament sədri Məhəmmədbağır Qalibaf, İranın ali rəhbəri ayətullah Seyid Əli Xaməneninin Təhlükəsizlik Şurasındakı nümayəndəsi Səid Cəlili, sabiq daxili işlər və ədliyyə naziri Mustafa Purməhəmmədi iştirak edib.