Aİ Misirə iqtisadi islahatları dəstəkləmək üçün bir milyard avro ayırıb

30-06-2024, 08:09           
Aİ Misirə iqtisadi islahatları dəstəkləmək üçün bir milyard avro ayırıb
Brüssel ölkənin iqtisadi islahatlarını dəstəkləmək üçün Qahirəyə bir milyard avro ayırıb.

TASS-a istinadən xəbər veririk ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen Qahirədə Misir-Avropa İttifaqı investisiya forumunun açılış mərasimində çıxışı zamanı bildirib.

“Biz mart ayında Misirlə 7,4 milyard avro məbləğində yardım müqaviləsi imzaladıq. Bu gün ölkədə aparılan iqtisadi islahatlara dəstək məqsədilə vəd edilmiş məbləğin bir milyardını Qahirəyə ayırırıq”, – o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru