Livan İsraillə sərhəddə qoşunların sayını artırmağı planlaşdırır

30-06-2024, 09:25           
Livan İsraillə sərhəddə qoşunların sayını artırmağı planlaşdırır
Livanın baş naziri Nəcib Mikati hesab edir ki, İsrail ölkəyə qarşı psixoloji müharibə aparır.

Bu barədə hökumət başçısı Cənub Hərbi Dairəsinin Tiredəki bazasına səfəri zamanı bildirib.

Baş nazir əlavə edib ki, Livan hökumətinin səyləri cənub rayonlarının sakinlərinin müdafiəsinə və İsraillə sərhəddə atəşkəsin bərpasına yönəlib:

“Livana qarşı cilovsuz psixoloji müharibə aparılır, İsrail bizi yeni təcavüz təhlükəsi ilə qorxudur, ona görə də mənim cənuba səfərim Livan ordusu və fədakar əhali ilə həmrəyliyi ifadə etmək məqsədi daşıyır”.

Livan ordusunun zabitləri ilə söhbətdən sonra o, hökumətin öhdəlik götürdüyü BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsini tam yerinə yetirmək üçün Litani çayının cənubunda yerləşdirilən qoşunların sayını artırmaq, onları silah və texnika ilə təchiz etmək lazım olduğu qənaətinə gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru