Fransa və İsveçrədə fırtına beş nəfərin ölümünə səbəb oldu

1-07-2024, 09:34           
Fransa və İsveçrədə fırtına beş nəfərin ölümünə səbəb oldu
Fransa və İsveçrədə güclü külək və leysan insan itkilərinə səbəb olub.

İqtisadiyyat.az xəbər verir ki, “The Guardian”ın yerli hakimiyyət orqanlarına istinadən verdiyi məlumata görə, təbiət hadisəsi nəticəsində 5 nəfər həlak olub.

Məlumata görə, Fransanın şimal-şərqində avtomobillərinin üzərinə ağacın aşması nəticəsində 3 yaşlı uşaq həlak olub. Avtomobildə olan digər sərnişin isə ağır yaralanıb və vəziyyətinin ağır olduğu bildirilir.

İsveçrənin cənub-şərqində isə torpaq sürüşməsi nəticəsində iki nəfər ölüb, bir nəfər itkin düşüb.

Bundan başqa, İsveçrənin Peççe şəhərində fövqəladə hallar xidməti futbol turnirinə gələn 300-ə yaxın insanı təxliyə edib.

Pis hava şəraiti ilə əlaqədar İsveçrənin bir neçə bölgəsində elektrik enerjisi və içməli su qıtlığı yaşanır. Polis və təcili yardım xidmətlərinin həmin ərazilərə yetişməsində problemlər yaşanır.

Xatırladaq ki, ötən həftə sonu İsveçrənin cənub-şərqində güclü yağışlar səbəbindən bir nəfər ölüb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.