Belarus suverenliyinə təhlükə yaranarsa, nüvə silahından istifadə etməyə hazırdır.
Bu barədə Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko bildirib.
“Biz bu silahlardan necə istifadə etməyi öyrənmişik. Biz bunu necə tətbiq edəcəyimizi bilirik, bunu etməyə qadirik. Ölkəmizin suverenliyinə və müstəqilliyinə təhlükə yaranarsa, biz bunu edəcəyik”, – deyə o qeyd edib.