Liviya və Tunis sərhədindəki keçid məntəqəsinin fəaliyyəti bərpa edilib

2-07-2024, 16:04           
Liviya və Tunis sərhədindəki keçid məntəqəsinin fəaliyyəti bərpa edilib
Liviya Milli Birlik Hökuməti (GNU) və Tunis hakimiyyəti iki ölkə sərhədində yerləşən və üç aydan çox bağlı qalan Ras Jdir keçid məntəqəsinin fəaliyyətini bərpa edib.

Gununsesi.info-nun məlumatına görə, bu barədə PNE sosial şəbəkədəki rəsmi səhifəsində məlumat yayıb.

Açıqlamaya görə, keçid məntəqəsinin açılış mərasimində Tunisin daxili işlər naziri Xalid Nuri iştirak edib.

Ras Jdir sərhəd-keçid məntəqəsi mart ayında sərhədin Liviya tərəfində silahlı qruplarla təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmalardan sonra təhlükəsizlik məqsədilə bağlanmışdı. Bu keçid məntəqəsi iki ölkə arasında mühüm sərnişin və ticarət yolu üzərindədir.

Tunis və Liviya arasında bu keçid məntəqəsinin açılmasını nəzərdə tutan təhlükəsizlik sazişi iyunun əvvəlində imzalanıb, lakin onun işinin bərpası texniki səbəblərdən bir neçə dəfə təxirə salınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru