Boliviya Xarici İşlər Nazirliyi Argentina prezidenti Xavyer Miley administrasiyasının Boliviyada dövlət çevrilişinə cəhdin real olmadığını iddia edən açıqlamasına görə ölkənin Buenos-Ayresdəki səfirini məsləhətləşmələr üçün geri çağırıb.
Boliviyanın xarici işlər naziri Maria Nela Prada bildirib ki, ölkə hökuməti Argentinadakı səfiri Buenos-Ayresin verdiyi bəyanatları qəti şəkildə rədd etdiyini ifadə etmək üçün çağırıb.
Argentina Prezident Administrasiyasının İdarəsi daha əvvəl Boliviya hökumətinin çevriliş cəhdi ilə bağlı iddialarını yalan adlandırıb. Miley hökumətinin fikrincə, qonşu ölkədə demokratiya hərbi çevrilişə görə deyil, sosializmə görə təhlükə altındadır. Boliviya Argentina hakimiyyətinin bəyanatlarını qeyri-dost və ehtiyatsız adlandıraraq cavab verib.