Britaniyalı siyasətçi seçki kampaniyası üçün özünü hündürlükdən atdı

2-07-2024, 17:14           
Britaniyalı siyasətçi seçki kampaniyası üçün özünü hündürlükdən atdı
İstborn şəhərində (Böyük Britaniya) Liberal Demokratlar Partiyasının rəhbəri Ed Deyvi seçki kampaniyası çərçivəsində rezin kəndirlə tullanıb.

58 yaşlı siyasətçi qaldırıcı kranın platformasından təxminən 50 metr hündürlükdən özünü aşağı ataraq - "Liberal Demokratlara səs verin", - deyə qışqırıb.

"Bir çox insan cümə axşamı günü səs verməyə hazırlaşarkən əvvəllər heç etmədikləri bir işi etmək ərəfəsindədirlər. Ona görə də mən də bunu etmək qərarına gəldim", - deyə Deyvi hündürlükdən atlamasını izah edib.

Qeyd edək ki, Britaniyada parlament seçkisi iyulun 4-də keçiriləcək.
Mənbə: mir.24












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru