Dünən Tehran şəhərinin Təcriş meydanında məcburi hicab qaydalarına riayət etməyən gənc və cəsur qadının rəqsi İranın sosial şəbəkə seqmentlərində gündəmə çevrilib. Azad geyimli qadının rəqsi bir çox sosial media istifadəçisinin diqqətini çəkib. İstifadəçilərdən bəziləri qeyd ediblər ki, bəlkə içlərindəki bu ümidsizlik rəqs ilə sakitləşər.