Şimali Koreya “super böyük döyüş başlığı” daşıya bilən yeni ballistik raketi sınaqdan keçirdiyini bildirib

3-07-2024, 16:04           
Şimali Koreya “super böyük döyüş başlığı” daşıya bilən yeni ballistik raketi sınaqdan keçirdiyini bildirib
Şimali Koreya “super-böyük döyüş başlığı” daşıya bilən yeni taktiki balistik raketi sınaqdan keçirdiyini bildirib.

Dövlət xəbər agentliyi KCNA bildirib ki, bazar ertəsi Hwasongpho-11 Da-4.5 raketini sınaqdan keçirməyin məqsədi raketin uçuş sabitliyi və dəqiqliyini simulyasiya edilmiş ağır yüklə yoxlamaq olub. Məlumatda bildirilib ki, raket 4.5 ton döhüş başlığı daşıya bilər.

Məlumatda sınağın harada keçirildiyi və raketin hara düşdüyü bildirilməyib.

Çərşənbə günü yayılan xəbər Cənubi Koreya ordusu Şimalı Koreyanın iki balistik raketi havaya buraxdığını, onlardan ikincisinin havaya qalxandan qısa müddət sonra anormal şəkildə uçaraq paytact Pxenyana yaxın bir əraziyə düşdüyünü bildirəndən sonraya təsadüf edib.

Cənubi Koreya ordusunun sözçüsü müxbirlərə bildirib ki, Şimalın yeni raketin uçuş sınağı ilə bağlı xəbəri uydurmadır. Şimali Koreya ötən həftə bir neçə döyüş başlığı daşıya bilən yeni raketlə bağlı bənzər iddia irəli sürmüşdü ki, Seul onu da “aldatma və şişirtmə” adlandıraraq rədd etmişdi.

Bu arada isə Cənubi Koreya ordusu çərşənbə axşamı Şimali Koreya ilə güclü möhkəmləndirilmiş sərhəddə canlı atəş təlimləri keçirdiyini bildirib. Seul Pxenyanla sərhəddə gərinliyi azaltmaq məqsədilə əldə etdiyi razılığı dayandırandan bəri bu ilk dəfədir ki, bu cür təlimlər keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru